Azərbaycan, Bakı, 15 noyabr /Trend/
Azərbaycanın ən iri sığortaçılarından biri olan "Atəşgah" sığorta şirkəti KASKO üzrə 53,755 min manat dəyərində növbəti iri sığorta ödənişləri həyata keçirib. Bu barədə cümə axşamı Trend-ə şirkətdən məlumat verilib.
Belə ki, 23 706 manat məbləğində sığorta ödənişi "Kamaz" maşını ilə toqquşan "Jeep Grand Cherokee" avtomobilinin sahibinə ödənilib.
16 049 manat məbləğində sığorta ödənişi maneəyə çırpılan BMW X5 markalı avtomobil üçün verilib.
Şirkət tərəfindən sığortalanan "Kamaz TS 30" markalı avtomobil yol-nəqliyyat hadisəsi nəticəsində çevrilib. Bu hadisə ilə bağlı sığorta ödənişi 14 min manat təşkil edib.
Ümumilikdə 2012-ci il ərzində şirkət tərəfindən həyata keçirilən KASKO ödənişlərinin ümumi məbləği təqribən 3,3 milyon manat təşkil edib.