Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir A.Axundov /
Azərbaycan Nazirlər Kabineti dövlət müəssisələrində və evlərdə qismən ödənişli və tam ödənişli şərtlərlə sosial xidmətin göstərilməsi qaydalarını təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin çərşənbə axşamı rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir. Qaydalar 30 dekabr 2012-ci il tarixində təsdiqlənib.
Qaydalar "Sosial xidmətlər haqqında" qanuna uyğun olaraq hazırlanıb. Sosial xidmətlər dövlət idarələrində və sosial xidmət evlərində ağır həyat şəraitində olan şəxslərə (ailələrə) pulsuz və zəmanətli həcmdə verilir. Zəmanətli səviyyənin aşılması halında bu qayda ilə tənzimlənən qismən və tamamilə pullu xidmətlər göstərilir.
Qismən pullu əsasda sosial xidmətlərin dəyərinin məbləği:
Xidmətlər |
Xidmətin müddəti (dəqiqə ilə) |
Xidmət haqqının məbləği (manatla) |
Qidanın hazırlanmasında kömək, özünə qulluq edə bilməyən xəstələrin yedirdilməsi |
60 |
1.00 |
Zəruri ərzaq, sənaye və məişət mallarının alınması |
30 |
0.45 |
Mənzillərin yığışdırılması və təmizlənməsi (hər 10 kvadrat metr üçün) |
- |
0.85 |
Yataq və geyim əşyalarının yuyulması və ütülənməsi |
60 |
1.00 |
Həkim müayinəsinə aparılıb gətirilməsi |
- |
1.50 |
Tam ödənişli sosial xidmət haqqının məbləği:
Xidmətlər |
Xidmətin müddəti (dəqiqə ilə) |
Xidmət haqqının məbləği (manatla) |
Xəstənin çimizdirilməsi (hamamda su qızdıcı sistemi olarsa) |
40 |
3.00 |
Xəstənin çimizdirilməsi (hamamda su qızdıcı sistemi olmadıqda) |
50 |
5.00 |
Həyətyanı sahənin nizama salınması (hər 50 kv.metr üçün) |
25 |
3.00 |
Paltarın xırda təmiri |
10 |
1.00 |
Yataq və geyim əşyalarının camaşırxanaya və ya kimyəvi təmizləmə məntəqəsinə aparılıb gətirilməsi |
40 |
2.00 |