...

İran, İraq və Suriya tranzit sazişi imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2013 13:42 (UTC +04:00)
Tehranda İran, İraq və Suriya arasında ümumi sərhədlər vasitəsilə malların tranzitinin artırılması yolu ilə əməkdaşlığın genişləndirilməsi haqqında saziş imzalanıb.
İran, İraq və Suriya tranzit sazişi imzalayıblar

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbirlər A.Bədəlov, F.Mehdi/

Tehranda İran, İraq və Suriya arasında ümumi sərhədlər vasitəsilə malların tranzitinin artırılması yolu ilə əməkdaşlığın genişləndirilməsi haqqında saziş imzalanıb. Trend-in məluymatına görə, bu barədə şənbə günü "Fars" agentliyi yol və şəhər tikintisi nazirinin müavini Şəhriyar Əfəndizadəyə istinadən xəbər verir.

Əfəndizadənin sözlərinə görə, üç ölkənin rəsmi şəxsləri sərhəd ticarətinin genişləndirilməsi və sərhəd terminallarının genişləndirilməsi haqqında razılaşıblar.

O bildirib ki, yaxın vaxtlarda, həmçinin İran, Türkmənistan, Özbəkistan, Oman və Qətər arasında Çabahar limanından MDB ölkələrinə malların tranzitinin artırılması üzrə saziş imzalanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti