...

2012-ci ildə Azərbaycanın qeyri-neft sektoru vergi yığımlarının 55 faizə qədərini təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2013 13:50 (UTC +04:00)
2012-ci ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6,025 milyard manat təşkil edib.
2012-ci ildə Azərbaycanın qeyri-neft sektoru vergi yığımlarının 55 faizə qədərini təmin edib

Azərbaycan, Bakı, 14 yanvar /Trend, müxbir A.Axundov/

2012-ci ildə Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6,025 milyard manat təşkil edib. Bu barədə Trend bazar ertəsi Vergilər Nazirliyinin saytına istinadən məlumat verir.

Bu məbləğin 37,4 faizi mənfəət vergisinin, 24,6 faizi əlavə dəyər vergisinin, 13,5 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,5 faizi aksizlərin, 17 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə 3,287 milyard manat vəsait daxil olub ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 14,5 faiz çoxdur.

2012-ci ildə respublika üzrə 72 263 vergi ödəyicisi qeydiyyata alınıb. 2011-ci ilin iyul ayının 1-dən cari ilin yanvar ayının 1-dək 55 086 fiziki şəxs elektron qaydada qeydiyyatdan keçıb. 1 yanvar 2013-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 481710 olub.

2012-ci ilin yanvar-dekabr ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 89,9 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti