...

Ukraynadan Bakıya aviareysləri yeni aviaşirkət həyata keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2013 12:29 (UTC +04:00)
Fevralın 13-dən "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti Kiyev-Bakı-Kiyev birbaşa aviareyslərini həyata keçirməyə başlayacaq.
Ukraynadan Bakıya aviareysləri yeni aviaşirkət həyata keçirəcək

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.İsmayılov/

Fevralın 13-dən "Ukrayna Beynəlxalq Hava Yolları" aviaşirkəti Kiyev-Bakı-Kiyev birbaşa aviareyslərini həyata keçirməyə başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı aviaşirkətin Azərbaycanda təqdimatı zamanı şirkətin rəhbəri Yuri Miroşnikov bildirib.

"Aviareyslər həftədə üç dəfə həyata keçiriləcək. Təyyarə çərşənbə, cümə və bazar günləri Bakıya uçacaq", - Miroşnikov deyib.

Tədbirdə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenkonun dediyi kimi, "Aerosvit" aviaşirkəti tələbləri yüksək səviyyədə yerinə yetirə bilməməsi səbəbindən bu bazarı tərk etməyə məcbur oldu. Səfirin sözlərinə görə, bu aviaşirkətin yerinə Ukraynanın çox davamlı mövqelərə malik başqa aviaşirkəti çıxdı.

"Hesab edirəm ki, yaxın vaxtlarda Azərbaycandan olan sərnişinlər aviaşirkətin göstərdiyi xidmətlərdə fərqi görəcəklər", - Mişenko deyib.

Ukrayna səfiri tədbirdə Azərbaycanla qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu və daim inkişaf etdiyini qeyd edib.

"Ukrayna Beynəlxalq Hava Yolları" Ukraynada şəxsi kapital paylarına malik ilk dövlət aviaşirkətidir. Hazırda "UIA Beteiligungsgesellschaft mbH" (59 faiz), "UIA Holding" (26 faiz) (hər iki şirkət "Lüfthanza" qrupuna daxildir) və "Capital Investment Project" şirkətlərinə (15 faiz) məxsusdur.

Əsas aeroportu Kiyev "Borispol" Beynəlxalq Aeroportu və Daniil Qalitski adına "Lvov" Beynəlxalq Aeroportudur. Əsas istiqamətləri Ukrayna-Qərbi Avropa, Ukrayna-Yaxın Şərq, Ukrayna-MDB, Ukrayna-Asiyadır.

Lap əvvəldən "Ukrayna Beynəlxalq Hava Yolları" öz reyslərini "Boinq-737" ailəsindən olan təyyarələr vasitəsilə həyata keçirib. Beləliklə də, MDB-də bu tip avialaynerlərin ilk istismarçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti