...

Azərbaycan və Ukrayna daha beş saziş imzalayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2013 14:43 (UTC +04:00)
Yazda Kiyevdə Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi gözlənilir.
Azərbaycan və Ukrayna daha beş saziş imzalayacaqlar

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.İsmayılov/

Yazda Kiyevdə Ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi gözlənilir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko məlumat verib.

"Hökumətlərarası komissiyanın iclasının keçirilməsinin müxtəlif tarixləri müzakirə olunur. Ola bilər ki, iclas apreldə və ya mayda keçirilsin. Biz bu məsələni hazırda Azərbaycan Nazirlər Kabineti və İqtisadi İnkişaf Nazirliyi ilə müzakirə edirik. İndi bu komissiyanın iclasına əməkdaşlığın aktivləşdirilməsi ilə bağlı hər hansı konkret sahə, məsələn, iqtisadiyyat, tikinti, təhsil üzrə artıq konkret təklifləri daxil etmək üçün hələ həll olunmamış məsələlər hazırlanır", - səfir qeyd edib.

Onun sözlərinə görə, cari ilin də ötən il kimi səmərəli olması üçün təxminən daha beş hökumətlərarası saziş hazırlanır. Bunlar təhsil, elm və texnologiyalar, bitkilərin mühafizəsi və karantini və bir çox digər sahələr üzrə spesifik sazişlərdir.

Mişenko bildirib ki, ölkələr arasında müqavilə-hüquq bazası 125 sazişdən ibarətdir və bu baza daha da genişlənir.

"Biz artıq ümumilikdə sahələri deyil, hər bir sahənin spesifikasını qaydaya salırıq", - səfir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti