Azərbaycan, Bakı, 29 yanvar /Trend/
Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) sığorta sahəsində treninqlərin keçirilməsi məqsədilə İranın qabaqcıl lisenziyalaşdırılmış təşkilatı olan "Business Idea Center" ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ARPA-nın yaydığı məlumatda deyilir.
ARPA 2012-ci ilin oktyabrında təkcə yerli deyil, həm də regional səviyyədə "Chartered Insurance Institute" akkreditasiya mərkəzinin statusunu alıb. Bununla əlaqədar, ARPA-ya sığorta sahəsində ixtisaslar üzrə sertifikasiyaların aparılması üçün xeyli sayda sifarişlər daxil olur.
"İranın bir sıra siyasi xarakterli səbəblərə görə, tərəfdaşlığı, müəyyən sahələrdə sabit inkişafı və müvafiq olaraq özünəməxsus mühit ilə bazarda tətbiq edilən informasiya və alətləri vaxtında əldə etməsi məhdudlaşıb", - məlumatda deyilir.
"İran bazarının özünəməxsusluğu o demək deyil ki, mövcud sığorta praktikasının səviyyəsinin artmasına tələbat yoxdur, əksinə. Qonşu dövlətin sığorta bazarının biznesin digər sahələri kimi ardıcıl inkişafa istəyi var. Öz növbəsində, ARPA qabaqcıl ekspertizanı tətbiq etmək, sertifikasiya xarakterli proqram və seminarları keçirmək, təcrübə mübadiləsi aparmaq və digər tədbirlər vasitəsilə təkcə sığorta deyil, həmçinin digər üstün istiqamətlərdə mövcud inkişafa yardım etmək üçün nəzərdə tutulub", - ARPA-nın Direktorlar şurasının üzvü Püstə Babayeva deyib.
"ARPA artıq dəfələrlə beynəlxalq səviyyəli sertifikasiya proqramları keçirib. Yaxın gələcəkdə İxtisisaslaşdırılmış Rism Menecmenti Mərkəzinin yaradılması imkanı nəzərdən keçiriləcək ki, bu da peşəkarlığın nüfuzunün növbəti göstəricisi olacaq", - məlumatda deyilir.