...

2012-ci ildə Bakıda 12 815 qanunsuz parketmə faktı qeydə alınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2013 12:14 (UTC +04:00)
2012-ci ildə Bakının mərkəzi küçələrində və prospektlərində 149 nəzarət sistemi quraşdırılıb ki, bu da avtomobil axınının hərəkətini optimallaşdırmağa imkan verib.
2012-ci ildə Bakıda 12 815 qanunsuz parketmə faktı qeydə alınıb

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir H.Vəliyev /

2012-ci ildə Bakının mərkəzi küçələrində və prospektlərində 149 nəzarət sistemi quraşdırılıb ki, bu da avtomobil axınının hərəkətini optimallaşdırmağa imkan verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin baş direktoru Elnur Abdullayev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

"Pik saatlarda və başqa vaxtlarda mərkəzi küçələrdə yüklənmənin qarşısını almaq üçün işıqforlar Mərkəz tərəfindən idarə olunur ki, bu da öz növbəsində avtomobil axınını optimal tənzimləməyə imkan verir", - Abdullayev deyib.

Mərkəz tərəfindən 46 ədəd elektron məlumat lövhəsi işə salınıb. Həmin lövhələrdə hərəkət istiqaməti interaktiv göstərilir, yollarda tikinti-təmir işləri və s. haqqında məlumat verilir.

"Ötən il avtobuslarda və avtobus dayanacaqlarında 604 informasiya terminalı quraşdırılıb. Sisten avtomobil nəqliyyatının hərəkətini izləməyə və onun gəılişi haqqında məlumat ələd etməyə imkan verir", - Abdulalyev deyib.

Habelə onun sözlərinə görə, qanunsuz parketmələrlə bağlı problemlərin tənzimlənməsi üzrə iş aparılır. Ötən ilin yekunları üzrə 12815 qanunsuz parketmə halı qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti