...

Daha dörd bank ARPA-nın üzvü oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2013 13:41 (UTC +04:00)
Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) bu il ölkənin bank bazarının nümayəndələri hesabına ARPA-nın korporativ üzvlərinin sıralarını genişləndirməyə davam edib. Bu barədə cümə günü ARPA-dan Trend-ə bildiriblər.
Daha dörd bank ARPA-nın üzvü oldu

Azərbaycan, Bakı, 22 fevral /Trend/

Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) bu il ölkənin bank bazarının nümayəndələri hesabına ARPA-nın korporativ üzvlərinin sıralarını genişləndirməyə davam edib. Bu barədə cümə günü ARPA-dan Trend-ə bildiriblər.

ARPA-nın sıralarına daha 4 bank daxil olub: "Bank Technique", "BTB Bank", "Bank Respublika" və "AFB Bank".

Hazırda ARPA-nın 28 korporativ üzvündən 24-ü bank, 4-ü isə sığorta şirkətidir: "PAŞA Həyat Sığorta", "AxaMbask", "Atəşgah Sığorta" və "QalaHəyat Sığorta". Sığorta şirkətləri assosiasiyaya bu il qoşulublar. ARPA-da, həmçinin 700 müstəqil üzv təmsil olunub.

ARPA-nın yaradılmasında məqsəd Azərbaycanın maliyyə sektorunda risklərin azaldılmasına yardım etməkdir.

ARPA 2009-cu ilin mayında yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti