...

"TBC Kredit" girovsuz kreditlər üzrə faiz dərəcələrini azaldıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2013 15:43 (UTC +04:00)
Novruz bayramı ərəfəsində "TBC Kredit" girovsuz "Sərbəst kredit"ə "-2%" aksiyası elan edib.
"TBC Kredit" girovsuz kreditlər üzrə faiz dərəcələrini azaldıb

Azərbaycan, Bakı, 13 mart /Trend/

Novruz bayramı ərəfəsində "TBC Kredit" girovsuz "Sərbəst kredit"ə "-2%" aksiyası elan edib.

Təşkilatdan çərşənbə günü Trend-ə verilən məlumata görə, kreditlə bağlı müraciət edən hər kəs faiz dərəcəsinə 2% endirim əldə edir. İndi kredit üzrə illik faiz dərəcəsi 22%-dəndir (təkrar müştərilər üçün - minimal illik 20%). Aksiya bu ilin 1 mart tarixindən 15 aprel tarixinə qədər etibarlıdır.

"Sərbəst kredit" girovsuz kreditdir və istənilən məqsəd üçün nəzərdə tutulub. Bu kredit üzrə maksimal məbləğ 10,000 manat təşkil edir. Adıçəkilən məhsul əhali arasında böyük tələbatla istifadə olunur, belə ki, kredit minimal sayda sənəd təqdimatı əsasında 2 gün ərzində verilir.

Sərbəst kredit - bu fəaliyyət sərbəstliyi verən kreditdir. Siz kredit götürə və onu heç bir cərimə və ya əlavə ödəniş olmadan vaxtından əvvəl qaytara bilərsiniz. Bundan əlavə, Sizin üçün müəyyən olunmuş kredit limiti çərçivəsində, krediti qaytardıqca Sizə lazım olan məbləği heç bir sənəd təqdim etmədən "TBC Kredit"ə təkrar müraciət edərək əlavə olaraq götürə bilərsiniz.

Sizin əvvəl təsdiq edilmiş məbləğ çərçivəsində qeyri-məhdud sayda kreditləriniz ola bilər. Hər şey maksimal asan və sadədir. Hər yeni kredit 2 il müddətinə verilir. Kreditin ikinci ilində kredit limiti avtomatik olaraq yenilənir.

Bizə zəng vurun: (12) 598 22 12
Bizə yazın: [email protected]
Kredit üzrə ətraflı məlumat: http://tbc.az/index.php?lang=1&ind=main&id=119

* Zamin tələb olunmur:
- kreditə müraciətçinin bank hesabına köçürülən əmək haqqı 800 AZN və daha çox təşkil edirsə.

"TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən etibarən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından etibarən kompaniyanın 75%-i Gürcüstanın aparıcı bankı TBC Banka və 25%-i ShoreBank International Ltd.-yə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti