...

"Təmiz Şəhər" ASC məlumat turlarına start verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2013 14:52 (UTC +04:00)
Martın 16-da “Təmiz Şəhər” ASC tələbələr üçün Balaxanı qəsəbəsində yerləşən Bərk məişət tullantılarının çeşidlənməsi və Bakı Bərk məişət tullantılarının yandırılması zavodlarına ilk məlumat turu təşkil edib.
"Təmiz Şəhər" ASC məlumat turlarına start verib

Azərbaycan, Bakı, 18 mart /Trend/

Martın 16-da "Təmiz Şəhər" ASC tələbələr üçün Balaxanı qəsəbəsində yerləşən Bərk məişət tullantılarının çeşidlənməsi və Bakı Bərk məişət tullantılarının yandırılması zavodlarına ilk məlumat turu təşkil edib.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlcə tələbələr Balaxanı Bərk məişət tullantılarının çeşidlənməsi zavodunun fəaliyyəti ilə tanış olublar. Zavodun inzibati binasında qonaqlara müəssisənin fəaliyyətini əks etdirən qısa film nümayiş olunub, "Təmiz Şəhər"in nümayəndəsi tələbələrə zavodun iş prinsipini izah edib. Filmin nümayişindən sonra qonaqlar Bərk məişət tullantılarının çeşidlənməsi zavodunun idarəetmə otağına baş çəkib, burada quraşdırılmış monitorlar vasitəsilə zavodda gedən prosesləri onlayn müşahidə ediblər. "Təmiz Şəhər" ASC-nin nümayəndəsi tərəfindən zavodda gedən çeşidləmə işi qonaqlara ətraflı izah edilib.

Sonra qonaqlar Bakı Bərk məişət tullantılarının yandırılması zavoduna gəliblər. Əvvəlcə iştirakçılara iclas otağında zavod haqqında film nümayiş etdirilib, "Təmiz Şəhər" ASC və zavodun nümayəndələri qonaqları maraqlandıran sualları cavalandırıblar. İdarəetmə otağında şüşə arxasından və monitorlar vasitəsilə əyani olaraq tullantıların yandırılması prosesini izləyən iştirakçılara zavodun iş mexanizmi haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, tullantıların idarəolunması sahəsində irəliləyişlər haqqında əhalinin məlumatlandırılması məqsədilə məlumat turlarının mütəmadi olaraq keçirilməsi planlaşdırılır. Turlarda iştirak etmək istəyən hər kəs [email protected] ünvanına məktub göndərə və ya +994124644111 telefonu ilə əlaqə saxlaya bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti