...

Əmək Nazirliyi bölgələrdə əmək yarmarkalarının keçirilməsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2013 11:09 (UTC +04:00)
İşsiz və işaxtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin davamı olaraq, bu il də növbəti əmək yarmarkalarının keçirilməsinə başlanıb.
Əmək Nazirliyi bölgələrdə əmək yarmarkalarının keçirilməsinə başlayıb

Azərbaycan, Bakı, 19 mart /Trend/

İşsiz və işaxtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin davamı olaraq, bu il də növbəti əmək yarmarkalarının keçirilməsinə başlanıb. Bu barədə Trend-ə çərşənbə axşamı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İl ərzində ölkənin 57 şəhər və rayonunda əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur və bunun üçün yerli məşğulluq mərkəzləri tərəfindən xidməti ərazi üzrə idarə, müəssisə və təşkilatlarla mütəmadi əlaqələr saxlanılaraq, əmək yarmarkalarında işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim etmək üçün boş iş yerləri (vakansiyalar) barədə məlumatlar toplanır.

Qeyd edək ki, ilk olaraq, cari ilin 19 martında İsmayıllı rayonunda keçirilən əmək yarmarkasında 415 boş iş yeri təqdim olunub və 186 nəfərə boş iş yerlərinə göndəriş verilib, 12 nəfər peşə təlimi kurslarına göndərilmək üçün qeydiyyata alınıb, 15 nəfər işaxtaran haqqı ödənilən ictimai işlərə cəlb edilib. Ötən il ölkənin bütün rayon və şəhərləri üzrə keçirilən əmək yarmarkalarında isə 7 082 nəfər özünə münasib iş yeri əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti