...

CNN telekanalında Azərbaycanın yeni dəniz limanı haqqında süjet (VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2013 15:04 (UTC +04:00)
Azərbaycanda tikilən yeni dəniz limanı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yüklərin daşınmasına görə ən böyük layihə olacaq.
CNN telekanalında Azərbaycanın yeni dəniz limanı haqqında süjet (VİDEO)

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir E.Tariverdiyev/

Azərbaycanda tikilən yeni dəniz limanı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yüklərin daşınmasına görə ən böyük layihə olacaq. Trend-in məlumatına görə, bu barədə CNN telekanalında göstərilən süjetdə bildirilib.

Sujetdə qeyd olunur ki, Azərbaycanda tikilən beynəlxalq dəniz limanı Xəzər dənizində ən böyük liman olacaq. Bu limana Qazaxıstan, Türkmənistan, hətta Çindən yüklər gətiriləcək və quru yolla Gürcüstan, Türkiyə və Şərqi Avropa istiqamətlərində daşınacaq.

Hazırda bir sıra investorlar regiondan keçən nəqliyyat infrastrukturunun yaxşılaşmasına vəsaitlər qoyurlar", - süjetdə deyilir.

Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Larisa Leşenkonun sözlərinə görə, bu liman yalnız tranzit limanı deyil, həm də bütün gömrük prosedurlarının həyata keçiriləcəyi sərhəd məntəqəsi olacaq.

Yaxın vaxtlarda beynəlxalq dəniz limanının tikintisi başa çatacaq, dəniz donanması yenilənəcək və genişlənəcək, nəqliyyat-logistika mərkəzi tikiləcək, dəmiryolları şəbəkəsinin diversifikasiyası siyasətinə uyğun olaraq, Bakı-Böyük Kəsik və Bakı-Yalama dəmiryollarının bərpa olunacaq və modernləşdiriləcək, həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu istismara veriləcək. Eyni zamanda, əsas dəmiryollarda yenidənqurma işləri aparılacaq, vaqon və lokomotiv parkı yenilənəcək.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti