...

"TBC Kredit" ilk dəfə 7 faiz gəlirliliklə istiqrazlar bazarına çıxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2013 19:44 (UTC +04:00)
"TBC Bank Olmayan Kredit Təşkilatı" MMC ümumi dəyəri 2 milyon manat olan korporativ istiqrazlarının ilk buraxılışını qeydiyyatdan keçirib.
"TBC Kredit" ilk dəfə 7 faiz gəlirliliklə istiqrazlar bazarına çıxır

Azərbaycan, Bakı, 10 aprel /Trend/

"TBC Bank Olmayan Kredit Təşkilatı" MMC ümumi dəyəri 2 milyon manat olan korporativ istiqrazlarının ilk buraxılışını qeydiyyatdan keçirib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakı Fond Birjasının (BFB) yaydığı məlumatda deyilir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydə alınan emissiya prospektinə əsasən, hər birinin nominal dəyəri 10 min manat olan 200 təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlar buraxılıb. Qiymətli kağızlar üzrə illik gəlirlilik 360 gün tədavül müddəti olmaqla 7 faiz təşkil edir. Faizlərin ödənişi rübdə bir dəfə həyata keçiriləcək. Yerləşdirmənin anderrayteri qismində "ADB Broker" MMC çıxış edir.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti