...

Abid Şərifov: Oğuz-Qəbələ-Bakı su kəməri əhalinin içməli suya çıxışını genişləndirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2013 16:34 (UTC +04:00)
Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi nəticəsində bu ərazidə fasiləsiz su alanların xüsusi çəkisi 40 faizdən 70 faizə çatıb.
Abid Şərifov: Oğuz-Qəbələ-Bakı su kəməri əhalinin içməli suya çıxışını genişləndirib

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi nəticəsində bu ərazidə fasiləsiz su alanların xüsusi çəkisi 40 faizdən 70 faizə çatıb. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda keçirilən "CATEF-2013" - birinci Xəzər Beynəlxalq su texnologiyaları forumunda çıxış edən Baş nazirin müavini Abid Şərifov bildirib.

Ümumi dəyəri 993 milyon ABŞ dolları və uzunluğu 262 kilometr olan su kəməri 2010-cu ildə istismara verilib.

"O cümlədən, icrası 2013-cü ilin sonunadək başa çatdırılacaq, ümumi qiyməti 1,4 milyard ABŞ dolları olan Taxtakörpü su anbarı və Taxtakörpü-Ceyranbatan kanalının istismara verilməsi ilə saniyədə 18 kubmetr əlavə su ehtiyatı yaradılacaq. Bu da Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun Ceyranbatan gölündən etibarlı şəkildə içməli su ilə təmin olunmasına imkan verəcək", - Şərifov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti