...

"TBC Kredit" korporativ istiqrazlarının yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2013 20:36 (UTC +04:00)
Aprelin 23-dən etibarən Bakı Fond Birjasında (BFB) "TBC Bank olmayan kredit təşkilatı" MMC-nin 2 milyon manat dəyərində buraxılmış təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanır.
"TBC Kredit" korporativ istiqrazlarının yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Aprelin 23-dən etibarən Bakı Fond Birjasında (BFB) "TBC Bank olmayan kredit təşkilatı" MMC-nin 2 milyon manat dəyərində buraxılmış təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının yerləşdirilməsinə başlanır. Bu barədə bazar ertəsi BFB-dən Trend-ə məlumat veriblər.

"Kredit təşkilatı qiymətli kağızlarının BFB-nin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı birjaya müraciət edib", - məlumatda deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 10 min manat olan 200 istiqraz buraxılıb. Qiymətli kağızlar üzrə illik gəlirlilik tədavül müddəti 360 gün olmaqla 7 faiz təşkil edir. Faizlərin ödənişi rübdə 1 dəfə həyata keçiriləcək. Yerləşdirmənin anderrayteri qismində "ADB Broker" MMC çıxış edir.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti