...

"TBC Kredit" öz istiqrazlarının yerləşdirilməsini uğurla başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2013 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /Trend/

"TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı dövriyyəyə 2 mln. manat dəyərində istiqraz buraxaraq uğurla yerləşdirib. Bu barədə Trend-ə bankdan daxil olan məlumatda bildirilir. İstiqrazlar üzrə gəlirlilik illik 7 faiz həcmində müəyyən edilib. Yerləşdirmə üzrə anderrayter kimi "ADB Broker" çıxış edib.

İstiqrazların buraxılışı dərhal bazarda böyük maraqla qarşılanıb və alışı üçün təklif həm yerli, həm də xarici şirkətlərdən gəlib. Beləliklə, istiqrazların ilk yerləşdirilməsi çox uğurlu olub.

Mövcud hadisə yalnız "TBC Kredit" üçün deyil, həmçinin "TBC Bank"ın bütün qrupu üçün əlamətdardır. Belə ki, bu bütün qrup üçün istiqrazların ilk açıq yerləşdirilməsi olub.

"TBC Kredit" üçün istiqrazların buraxılması əlavə alternativ maliyyələşdirmə alətidir ki, bu da yalnız xarici vəsaiti deyil, həm də yerli maliyyə institutlarından da vəsait cəlb edərək investisiyaları şaxələndirməyə imkan verir.

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi 9 apreldə AZ2000109168 saylı nömrə ilə "TBC Kredit"in faizli istiqrazlarının emissiya prospektini qeydə almışdır. Müvafiq olaraq Bank Olmayan Kredit Təşkilatı hər birinin nominal dəyəri 10000 AZN olan 200 ədəd istiqraz buraxmaq hüququ əldə edib.

"TBC Kredit" Bank Olmayan Kredit Təşkilatı Azərbaycanda 1999-cu ildən etibarən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından etibarən kompaniyanın 75%-i Gürcüstanın aparıcı bankı "TBC Bank"a və 25%-i "ShoreBank International Ltd"yə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti