...

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2013 14:24 (UTC +04:00)
İkitərəfli əlaqələri möhkəmləndirmək üçün Azərbaycan və Pakistan enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlıq edə bilərlər.
Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan, Bakı, 14 may/Trend, müxbir E. İsmayılov/

İkitərəfli əlaqələri möhkəmləndirmək üçün Azərbaycan və Pakistan enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlıq edə bilərlər.

Trend-in çərşənbə axşamı "The Nation" nəşrinə istinadən verdiyi məlumata görə, bunu Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov İslamabadda keçirilən Azərbaycan-Pakistan biznes forumunda deyib.

Şikarov bildirib: "Azərbaycanın böyük neft-qaz ehtiyatları, həmçinin enerji sektorunda təcrübəsi var. Öz növbəsində, Pakistan kənd təsərrüfatı və süd məhsulları istehsalı sahələrində iş təcrübəsinə malikdir. Bununla da hər iki ölkə gələcəkdə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün bu sahələrdə əməkdaşlıq edə bilərlər".

İslamabadın Ticarət-Sənaye Palatasının rəhbəri Zəfər Baxtavari forumda bildirib ki, Pakistan xüsusilə enerji sahəsində Azərbaycanla əməkdaşlığını möhkəmləndirməyə can atır, burada məqsəd enerji böhranının ölkə iqtisadiyyatına mənfi nəticələrini aradan qaldırmaqdır.

İki ölkə arasında birbaşa hava əlaqəsinin açılması məsələsinə toxunan Baxtavari qeyd edib ki, Pakistan tərəfi Bakı-Düşənbə-Aşqabad marşrutunun təşkili üçün "Turkish Airlines" aviaşirkətinə müraciət edib ki, bu da 4 ölkə arasında birbaşa əlaqəni təmin etməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti