...

Azərbaycanın yeganə təkrar sığorta şirkəti pul bazarına çıxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2013 19:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir A.Axundov/

"AzRe" təkrar sığorta şirkəti və Bakı Banklararası Valyuta Birjası (BBVB) şirkətin Birja Elektron Ticarət Sisteminin (BEST) "MONEY-MARKET" pul bazarında iştirakına dair müqavilə bağlayıblar.

Trend-in məlumatına görə, müqaviləyə əsasən, "AzRe" şirkəti iştirakçı banklarla bərabərhüquqlu şəkildə topdan pul bank bazarına çıxış imkanı əldə edir.

BBVB yeni iştirakçıya BEST ticarət sisteminə çıxış imkanı verəcək, habelə hesab və informasiya xidmətləri göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti