...

"Atəşgah" sığorta şirkəti keyfiyyət standartı üzrə təkrar sertifikatlaşmanı uğurla başa vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2013 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend/

Azərbaycan sığorta bazarının liderlərindən biri olan "Atəşgah" sığorta şirkəti beynəlxalq sertifikasiya orqanı olan "Total Quality Certification Services International Pty Ltd." tərəfindən keçirilən Кeyfiyyət Menecmenti sisteminin İSO 9001:2008 keyfiyyət standartının tələblərinə uyğun olaraq, təkrar sertifikatlaşmanı müvəffəqiyyətlə başa vurub. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir.

"Atəşgah" SŞ Azərbaycanda keyfiyyət menecmenti sistemi üzrə İSO 9001:2000 standartının tələblərinə müvafiq olaraq sertifikatlaşmanı 2003-cü ildə keçmiş ilk sığorta şirkətidir.

Müasir bazar münasibətləri şəraitində ISO 9001 beynəlxalq sertifikatlaşma seriyasına uyğun olaraq, keyfiyyətin menecmenti sisteminin tətbiqi müştəri cəlb etməyin yollarından biri olmaqla yanaşı, həm də şirkətin rəqabət və ödəmə qabiliyyətini sübut edən tutarlı dəlildir.

"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. "Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir. 2012-ci ilin nəticələrinə görə, qrupun sığorta haqları 53,5 mln. AZN, ödənişləri isə 13,2 mln. AZN təşkil edib. "Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti