Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.İsmayılov/
Sumqayıt Kimya Sənaye Parkının inkişafı və bu parkda müəssisələrin yaradılmasına təxminən 400 milyon manat sərmayə tələb olunur. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev bildirib.
Abdullayev deyib ki, İqtisadi İnkişaf Nazirliyi ilə birgə Sumqayıt Kimya Sənaye Parkının yaradılması üzrə işlər görülür: "Həmçinin, park ərazisində yaradılması planlaşdırılan müəssisələrin layihələri üzərində işlər aparılır.
O vurğulayıb ki, bu ilin sonuna kimi investisiya təkliflərinin qəbuluna başlamaq planlaşdırılır.