...

Berlində Azərbaycan-Almaniya işçi qrupunun 3-cü iclası keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2013 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend/

İyulun 17-18-də Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində Ticarət və İntestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək səviyyəli İşçi Qrupunun 3-cü iclası keçiriləcək.

İclasda Azərbaycanı İqtisadi İnkişaf Nazirliyinin Aparatının rəhbəri Samir Vəliyevin rəhbərlik etdiyi işçi qrupu təmsil edəcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin mövcud vəziyyəti, Yüksək səviyyəli İşçi Qrupunun 2-ci iclasından ötən dövrdə görülən işlər, müxtəlif sahələrdə əməkdaşlığa dair məsələlər müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti