...

Azərbaycan gömrüyü 2013-cü il dövlət büdcəsinə ödənişlərin 55 faizindən çoxunu təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2013 12:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2013-cü ilin yanvar-iyul aylarında gömrük rüsumu və vergilərinin yığımı hesabına dövlət büdcəsinə 764 milyon manat ödəyib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Komitənin rəsmi saytında dərc edilən hesabatda deyilir.

Hesabata əsasən, iyulda gömrük rüsumlarından daxilolmalar 27,74 milyon manat, idxal edilən malların ƏDV-si üzrə 82,73 milyon manat, aksizlər üzrə 11,88 milyon manat, yol vergisi üzrə isə 1,8 milyon manat təşkil edib.

2013-cü il üçün DGK xətti ilə ödənişlər proqnozu 1,38 milyard manat həcmində müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti