Azərbaycan, Bakı, 10 avqust /Trend/
2013-cü ilin 26-29 sentyabr tarixlərində Rusiyanın Soçi şəhərində "Soçi-2013" XII Beynəlxalq İnvestisiya Forumu keçiriləcək.
Trend İqtisadi İnkişaf Nazirliyinə istinadən məlumat verir ki, tədbir çərçivəsində plenar iclasların, təqdimatların, "dəyirmi masa"ların keçirilməsi nəzərdə tutulur.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr forumda iştiraka dəvət olunur.
Tədbir haqqında ətraflı məlumatı www.forumkuban.com saytından əldə etmək olar.