...

Azərbaycanın ÜTT-yə üzv olması üzrə danışıqların növbəti raundu oktyabrdan tez keçirilməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2013 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir A. Axundov/

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması üzrə danışıqların növbəti raundu oktyabr ayından tez keçirilməyəcək.

Bu barədə Trend-ə açıqlamasında danışıqlar qrupunun rəhbəri, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib: "Danışıqların növbəti raundunun keçirilməsi bu ilin ikinci yarısına nəzərdə tutulub. Lakin hələlik konkret tarix müəyyənləşdirilməyib. Bu mərhələdə ötən işçi görüşündən sonra bizə yönəldilən suallara cavabları, o cümlədən kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqlarla bağlı cədvəlləri göndərmişik. Göndərilməli olan bütün sənədlər artıq ÜTT Katibliyindədir. Hesab edirəm ki, Cenevrədə baş tutacaq növbəti görüşün oktyabr ayına qədər keçiriləcəyi gözlənilmir".

Nazir müavininin sözlərinə görə, görüşlər həm ikitərəfli və çoxtərəfli, o cümlədən Azərbaycanın ÜTT-yə üzv qəbul edilməsi üzrə işçi qrupun iclasından ibarət olacaq.

Bu məsələ ilə bağlı sonuncu danışıqlar 2013-cü ilin iyun ayının əvvəlində Cenevrədə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti