Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir A. Axundov/
Avqustun 21-dən Bakı Fond Birjasında (BFB) "Nikoyl İKB" ASC-nin 12 milyon manat məbləğində qeydiyyata alınmış adi, adlı, sənədsiz səhmlərinin yeni emissiyasının yerləşdirilməsinə başlanılır. Bu barədə BFB-nin yaydığı məlumatda bildirilir.
Məlumatda bildirilir: "Bank səhmlərinin birjanın qeyri-kotirovka vərəqəsinə salınması üçün BFB-yə müraciət edib".
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 2 manat olan 6 milyon səhm buraxılıb.
Yerləşdirmənin anderrayteri qismində " Çelsi Kapital" MMC çıxış edir.