...

Azərbaycan nümayəndə heyəti Belçikada görüşlər keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2013 18:30 (UTC +04:00)
İqtisadi İnkişaf naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti avqustun 29-da Belçikaya səfər edəcək. Bu barədə bazar ertəsi Trend-ə nazirlikdən daxil olan məlumatda deyilir.
Azərbaycan nümayəndə heyəti Belçikada görüşlər keçirəcək

Azərbaycan, Bakı, 26 avqust /Trend/

İqtisadi İnkişaf naziri, Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti avqustun 29-da Belçikaya səfər edəcək. Bu barədə bazar ertəsi Trend-ə nazirlikdən daxil olan məlumatda deyilir.

Səfər zamanı nümayəndə heyəti Avropa Komissiyasının vitse-prezidenti və nəqliyyat məsələləri üzrə komissarı Slim Kallas və Avropa qonşuluq və genişlənmə üzrə komissarı Ştefan Füle, Avropa İnvestisiya Bankının vitse-prezidenti Vilhelm Molterer ilə görüşəcək. Görüşlərdə Azərbaycanla Avropa İttifaqı və Avropa İnvestisiya Bankı arasında əlaqələr və birgə layihələrə dair müzakirələr aparılacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti