...

"Kempinski Hotel Badamdar" I Arena Polo World Cup Azerbaijan 2013 yarışmasının rəsmi hotel sponsorudur

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2013 14:00 (UTC +04:00)
"Kempinski Hotel Badamdar" 2013-cü il sentyabr ayının 6-8-də Bakı Elite Atçılıq və Polo Mərkəzinin yeni təmir olunmuş açıq polo arenasında keçiriləcək 1-ci Arena Polo World Cup Azerbaijan yarışmasının rəsmi hotel sponsoru olmaqdan qürur duyur.
"Kempinski Hotel Badamdar" I Arena Polo World Cup Azerbaijan 2013 yarışmasının rəsmi hotel sponsorudur

"Kempinski Hotel Badamdar" 2013-cü il sentyabr ayının 6-8-də Bakı Elite Atçılıq və Polo Mərkəzinin yeni təmir olunmuş açıq polo arenasında keçiriləcək 1-ci Arena Polo World Cup Azerbaijan yarışmasının rəsmi hotel sponsoru olmaqdan qürur duyur.

19-cu əsrdə artıq Polo ilə əvəzlənmiş Azərbaycanda süvari qoşunlarının daim oynadığı çövkən oyununun tarixi 2400 il əvvələ gedib çıxır. Arena Polo World Cup regionda ilk polo yarışması olacaqdır. Argentina, ABŞ, Böyük Britaniya və Avropadan olan 4 peşəkar beynəlxalq komanda Bakıda Arena Polo World Cup uğrunda əsrarəngiz polo nümayiş etdirəcəklər. Yarışma Kurçeveldə və St. Moritzdə Qar arenasında World Polo Cup, BƏƏ-də Qum arenasında polo turnamentlərini uğurla həyata keçirən World Polo GmbH tərəfindən təşkil olunur.

Yarışma "Kempinski Hotel Badamdar"da Beynəlxalq Mətbuat Konfransında komandaların və sponsorların təqdimatı ilə başlanğıc götürəcək. Mətbuat konfransı oyunçular və qonaqlar üçün təşkil olunmuş ziyafətlə davam edəcək.

2013-cü il sentyabrın 7-də Elite Polo və Atçılıq Klubunda oyunlardan dərhal sonra "Kempinski Hotel Badamdar" tərəfindən VİP qonaqlıq təşkil ediləcək. Argentina formasını geyinmiş 40 Kempinski ofisiantı tədbirin dəyərli qonaqlarına xidmət göstərəcək.

Hotelin baş meneceri Pierre Stacher "Kempinski Hotel Badamdar"ın belə bir mötəbər tədbirə sponsorluq etməkdən şərəf duyduğunu bildirir: "Tədbirin proqramı çox rəngarəngdir: Argentina Gaucho Party, Arenada Tango və canlı musiqi. Beləliklə, dünyanın hər yerindən qonaqlarımızı gözləyirik. "Polo Vətənə qayıdır" şüarı altında keçirilən yarışmada siz tarixi ənənələrin tərəqqisinin şahidi olacaqsınız".

"Kempinski Hotel Badamdar" 1350 avrodan başlayan qiymətlərlə Polo paketləri təklif edir. Paketə hava limanı transferi, hoteldə 4 gün, səhər yeməyi, Polo arenasının VİP lounge-na 3 günlük giriş, habelə yarışma məkanına və sonar hotelə transfer daxildir. Paketləri online və ya aşağıdakı website-lar vasitəsilə hotelə birbarşa müraciət etməklə əldə edə bilərsiniz: www.kempinski.com/en/baku və www.finass.ch/en

Məqalədə:
Xəbər lenti

Xəbər lenti