...

Türkiyədə yük qatarları skan ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2013 12:09 (UTC +04:00)
Türkiyə ərazisində yük qatarları skan ediləcək.
Türkiyədə yük qatarları skan ediləcək

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə ərazisində yük qatarları skan ediləcək. Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin gömrük və ticarət naziri Hayati Yazıcı bildirib.

Nazirin sözlərinə görə, yük qatarlarının skan edilməsi sistemi təxminən bir il ərzində test rejimində işləyəcək. Həyati, o cümlədən vurğulayıb ki, yeni skan sisteminin dəyəri üç milyon avro təşkil edir.

Hazırda İrandan gələn 42-dən artıq vaqon skan edilib.

Nazir vurğulayıb: "Yük qatarlarının skan ediləsi sistemi malları sürətli şəkildə müəyyənləşdirməyə imkan verir".

Yazıcı bildirib ki, yeni skan sistemi, o cümlədən radioaktiv elementləri də müəyyənləşdirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti