Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir A.Axundov/
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) faizli, sənədsiz, təmin edilmiş, adlı istiqrazlarının yeddinci emissiyasını qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı QKDK-nin yaydığı xəbərdə deyilir.
Bu, ölkədə ipoteka istiqrazlarının yeddinci emissiyası olacaq.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 20 min istiqraz buraxılıb. Emissiya açıq yerləşdirmə yolu ilə reallaşdırılacaq.