...

"Amrahbank" ASC ilin III rübünü 4,5 milyon manata yaxın mənfəətlə başa vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2013 17:18 (UTC +04:00)
"Amrahbank" ASC 2013-cü ilin üçüncü rübünü 4,4 milyon manat mənfəətlə başa vurub. Bu barədə Trend-ə bankdan məlumat verilib.
"Amrahbank" ASC ilin III rübünü 4,5 milyon manata yaxın mənfəətlə başa vurub

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

"Amrahbank" ASC 2013-cü ilin üçüncü rübünü 4,4 milyon manat mənfəətlə başa vurub. Bu barədə Trend-ə bankdan məlumat verilib.

2013-cü ilin III rübünün nəticələrinə görə, "Amrahbank" ASC-nin mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 4,4 milyon manat təşkil edib.

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. Bank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır. Hazırda bankın 20 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filial şəbəkəsi paytaxtla yanaşı, respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını da əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti