Azərbaycan, Bakı, 14 oktyabr /Trend/
Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Birjadan Trend-ə verilən məlumata görə, hərracda 1 investor iştirak edib. Sifarişin ümumi məbləği nominal üzrə 5 milyon 497 min manat təşkil edib.
Sifariş 100% qiymətdə təqdim edilib.
İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 5 milyon manat məbləğində müəyyən edilib.
İstiqraz vərəqələrinin ödəmə tarixi 23 avqust 2023-cü ildir.