...

"Muğanbank"ın baş ofisində istiqrazlar üzrə 32-ci tiraj keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2013 12:31 (UTC +04:00)
“Muğanbank” ASC-nin baş ofisində oktyabrın 30-da adsız istiqrazların sayca 32-ci tirajı keçiriləcəkdir.
"Muğanbank"ın baş ofisində istiqrazlar üzrə 32-ci tiraj keçiriləcək

Azərbaycan, Bakı 28 oktyabr /Trend/

"Muğanbank" ASC-nin baş ofisində oktyabrın 30-da adsız istiqrazların sayca 32-ci tirajı keçiriləcək.

Bankdan Trend-ə Məhsula olan yüksək tələbatı və çoxsaylı istiqraz sahiblərinin maraqlarını nəzərə alaraq tirajın gedişi canlı yayımlanır. Canlı yayımı aşağıda qeyd olunmuş "link"dən izləmək mümkündür http://www.muganbank.az/retail/bearer-bonds/istigraz_online/ .

Adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 500 AZN, uduşlu istiqrazların sayı isə 2000 ədəd təşkil edir. Maksimum uduş məbləği 50 000 ANZ-dir.

"Muğanbank" ASC-nin istiqraz layihəsi 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatından keçmişdir. Bank 50 mln. manat dəyərində 1mln. ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri 50 manatdır. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcəkdir.

İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın Ə.Rəcəbli küç.21B ünvanında yerləşən baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ vardır.

Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir. İstiqraz sahibləri istiqrazlarını istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər. İstiqraz qaytarılarkən nominal məbləğinin üzərinə yuxarıda göstərilən illik faiz əlavə olunur.

Uduşa düşmüş istiqrazların nömrələri ilə "Xalq qəzeti"nin tirajdan sonrakı növbəti buraxılışında, həmçinin, bankın rəsmi saytında tanış ola bilərsiniz.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan "Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Bankın ölkə ərazisində 30 filialı və 5 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın World Business Capital korporasiyası (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) kimi beynəlxalq iqtisadi qurumlarla aktiv əməkdaşlıq edir.

"Muğanbank" ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər bankın məlumat mərkəzinə, (012) 933 telefon nömrəsinə zəng edə bilərlər. Həmçinin, bankın Facebook (https://www.facebook.com/pages/Muganbank/106864156005722?fref=ts.) və Twitter (https://twitter.com/Muganbank1) səhifələrinə daxil ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti