...

Azərbaycan və İran Qəzvin-Rəşt-Astara dəmir yolunun maliyyələşdirilməsi məsələsini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2013 10:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir T.Cəfərov/

Azərbaycan və İran Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin maliyyələşdirilməsi məsələsini müzakirə edib. Bunu İranın Nəqliyyat İnfrastrukturunun İstehsalı və İnkişafı Şirkətinin rəis müavini Hüseyn Nazdar deyib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

H.Nazdar bildirib ki, Rəşt şəhərində keçirilən görüşdə İranın Azərbaycandakı səfiri, "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndəsi və digər nümayəndələr iştirak edib: "Görüşdə əsasən Azərbaycanın Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin maliyyələşdirilməsində necə iştirak etməsi məsələsi müzakirə olundu".

Qeyd edək ki, İran rəsmiləri Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinin 2014-cü ilin mart ayında başa çatacağını açıqlayıblar. Dəmir yol marşrutu mürəkkəbdir və 22 tunel, 15 xüsusi körpüdən ibarətdir. 15 tunelin tikintisi üzrə işlərin 70 faizi tamamlanıb.

Xatırladaq ki, Qəzvin-Rəşt-Astara dəmir yolu Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub. Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti