...

Başak-İnam Sığorta Şirkəti "Yeni İlə İnam ilə!" fotomüsabiqəsi keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2013 10:00 (UTC +04:00)
"Başak-İnam Sığorta Şirkəti" "facebook" səhifəsində (https://www.facebook.com/basakinam) "Yeni ilə İnam ilə!" fotomüsabiqəsinə start verib. Müsabiqəyə texniki dəstəyi "Hajizade Group" şirkəti göstərir.
Başak-İnam Sığorta Şirkəti "Yeni İlə İnam ilə!" fotomüsabiqəsi keçirir

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

"Başak-İnam Sığorta Şirkəti" "facebook" səhifəsində (https://www.facebook.com/basakinam) "Yeni ilə İnam ilə!" fotomüsabiqəsinə start verib. Müsabiqəyə texniki dəstəyi "Hajizade Group" şirkəti göstərir.

Müsabiqənin şərtlərinə görə, iştirakçılar özlərini yanında İNAMLI hiss etdikləri insan, ev heyvanı və yaxud məkanda şəkil çəkdirib müsabiqəyə qoşula bilərlər. Müsabiqəyə şəkillərin qəbulu 18-25 dekabr tarixlərində olacaq. Növbəti mərhələ (səsvermə) 26 dekabr - 6 yanvar 2014-cü il tarixlərində keçiriləcək. Müsabiqədə 13 yaşından yuxarı olan Azərbaycan vətəndaşları iştirak edə bilər.

"Başak-İnam Sığorta Şirkəti"nin işçiləri və birinci dərəcə ailə üzvləri müsabiqədə iştirak edə bilməz.

Müsabiqənin qalibləri (ilk 5 yeri tutacaq iştirakçılar) dəyərli hədiyyələrə sahib olacaq:

1-ci yer: Samsung Galaxy S4

2-ci yer: iPad Mini

3-cü yer: iPod Shuffle

4-cü və 5-ci yer: Səyyahət sığortası*

* Qaliblər "Başak-İnam Sığorta Şirkəti"ndən il ərzində 1 dəfə 7 günlük, 30 min manat limitli səyyahət sığortası əldə edəcəklər.

Hər 5 yerin sahibi əlavə olaraq Kasko sığortasına 15% endirim əldə edəcək.

İştirak edin və qazanın! (https://www.facebook.com/basakinam/app_448952861833126)

"Başak-İnam Sığorta Şirkəti" ASC 9 avqust 1996-cı ildə təsis edilib. Hazırda "Başak-İnam Sığorta Şirkəti" ASC-nin ödənilmiş nizamnamə kapitalı 6 milyon manat təşkil edir. Şirkət 26 sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti