Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir A.Axundov/
Martın 12-dən Bakı Fond Birjasında (BFB) "AFB Bank"ın 10 milyon manat məbləğində səhmlərinin emissiya prospektinin yerləşdirilməsi başlayır.
Birjadan Trend-ə verilən məlumata görə, emissiya prospekti hər birinin nominal dəyəri 1109 manat olan 9 min səhmdən ibarətdir.
Məlumatda deyilir ki, bank səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı BFB-yə müraciət edib.
Yerləşdirmənin anderrayteri qismində "Texnika Kapital Menecment" MMC çıxış edir.
Emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 59,72 milyon manata çatacaq.