Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir E.Əliyev/
Azərbaycanın Qiymətli Kağzılar üzrə Dövlət Komitəsi (QKDK) "Garsu Pasaulis" Qapalı Səhmdar Cəmiyyətinə (Litva) ölkədə bütün növ qiymətli kağız blanklarının istehsalı və satışı üzrə fəaliyyətlə məşğul olmaq üçün lisenziya verib. Trend-in məlumatına görə, bu barədə cümə günü QKDK-nın yaydığı xəbərdə deyilir.
Lisenziya 5 il müddətinə verilib.
Beləliklə, hazırda Azərbaycanda bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı fəaliyyəti üzrə xüsusi razılığı (lisenziya) qüvvədə olan təşkilatların sayı 7-yə çatıb.
"Garsu Pasaulis" QSC Litvada ən iri mətbəədir. Bundan başqa, QSC Litva pasportlarının Avropa İttifaqı nümunəsini hazırlayır.