...

"TBC Kredit" MilliÖN ödəniş sisteminə qoşuldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2014 17:52 (UTC +04:00)
MilliÖn ödəniş sisteminə ölkənin kredit bazarının daha bir iri oyunçusu olan "TBC Kredit" təşkilatı qoşulub.
"TBC Kredit" MilliÖN ödəniş sisteminə qoşuldu

Azərbaycan, Bakı, 7 aprel /Trend/

MilliÖn ödəniş sisteminə ölkənin kredit bazarının daha bir iri oyunçusu olan "TBC Kredit" təşkilatı qoşulub.

İndi TBC Kredit müştərilərinin öz kreditlərini hazırda 1600 ədəddən çox olan və artmaqda davam edən MilliÖn ödəniş köşklərində ödəmək imkanı var. Bu, TBC Kredit-in MilliÖN sisteminə qoşulması nəticəsində mümkün olub.

TBC Kredit birgə əməkdaşlığın başlanmasını belə şərh edib: "Biz MilliÖn ilə əməkdaşlıq etməklə öz müştərilərimizin qayğısına qalırıq. Bbelə ki, hamının krediti bizim filiallarda ödəmək imkanı yoxdur. MilliÖn ilə bizim pərakəndə ödəniş məntəqələrimizin sayı 1600-dən çox artıb. Biz əminik ki, bu xidmətə bizim müştərilər tərəfindən tələbat olacaq".

Komtec-in icraçı direktoru Samir Şirinov deyib: "Bu, bank olmayan kredit təşkilatı ilə həyata keçirilən ilk layihə deyil. Kredit təşkilatları ilə əvvəlki iş təcrübəsi çox uğurlu olub və biz ümid edirik ki, yeni tərəfdaşla əməkdaşlıq da uğurlu olacaq".

Terminal vasitəsilə kreditin ödənilməsi üçün ekranda Bank xidmətləri bölümünü seçmək, "TBC Kredit" düyməsinə basmaq, şəxsiyyət vəsiqəsinin PİN Kodunu və doğum tarixini daxil etmək, məlumatı təsdiqləmək, lazımi krediti seçmək, əsginazı daxil etmək və qəbzi almaq lazımdır.

Kredit ödənişinin valyutasından asılı olaraq komissiya xərci 1 AZN-dir. Yalnız manatla verilən kreditlərin ödənişi mümkündür.

MilliÖN ödəmə köşkləri Bakı və Azərbaycanın digər şəhərlərinin alış-veriş və biznes mərkəzlərində, metrostansiyalarda, supermarketlərdə, hava limanında və vağzallarda yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti