...

Valyuta konvertasiyasında yeni dövr - valyuta.com

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2014 12:11 (UTC +04:00)
Azərbaycanda kapital bazarlarının inkişafı valyuta məzənnələrinin onlayn izlənilməsi və ən müxtəlif məqsədlərlə konvertasiya edilməsi üçün geniş imkanlara malik olan yeni internet səhifənin yaranmasına şərait yaradıb.
Valyuta konvertasiyasında yeni dövr - valyuta.com

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Azərbaycanda kapital bazarlarının inkişafı valyuta məzənnələrinin onlayn izlənilməsi və ən müxtəlif məqsədlərlə konvertasiya edilməsi üçün geniş imkanlara malik olan yeni internet səhifənin yaranmasına şərait yaradıb. Müxtəlif saytlarda bir-birinə oxşar adi valyuta konvertorların funksionallığı və yorucu interfeysi artıq gündəlik mübadilə edənlərin tələblərinə cavab vermir. Təqdim edilən sayt isə geniş funksionnalığı, uğurlu interfeysi və rahat istifadəsi ilə digərlərindən tamamilə fərqlənir.

Yeni təqdim olunan www.valyuta.com saytı indiyədək mövcud olan analoji resurslarla müqayisədə görünməmiş üstünlüklərə malikdir. Onun imkanlarından adi vətəndaşlardan tutmuş bank və maliyyə sektorunda çalışanlar, fiziki və hüquqi şəxslər, iri müəssisələr yararnalan bilərlər.

Saytda təqdim olunan bölmələr insan rahatlığı və vaxtına qənaət etmək üçün düşünülüb. Hər gün yenilənən saytın valyuta konvertoru bölümündə dünyanın 50-dən çox valyuta vahidlərini digərinə bir toxunuşla çevirmək olar.

Saytın daha bir üstünlüyü valyuta kalkulyatoru vasitəsilə müxtəlif valyutalarda olan hesablamaları bir valyuta göstərməsidir. Sayt müxtəlif ölkələrin valyutaları arasındakı fərqin istənilən valyutada görünməsi funksiyası ilə təmin olunub. Funksionallığa daxil olan özəl xüsusiyyətlərindən biri də valyutaların keçmiş məzənnə qiymətlərinə baxma funksiyasının olmasıdır.

Valyuta bazarında ticarət edənlər Canlı məzənnələr bölümündə valyuta cütlüklərinin qiymət dəyişməsini canlı olaraq izləyə, Valyuta qrafikləri bölümündə isə seçdikləri valyuta cütlüklərini qrafik olaraq analiz edə bilərlər. Saytın Valyuta xəbərləri bölümünə keçid etməklə Maliyyə bazarlarında əsas valyutalar üzrə baş verən yenilikləri də izləmək mümkündür.

Sayt müəəssisələri və səyahət edənləri də unutmayıb. Səyahət konvertoru bölümündə Siz səyahət/ezamiyyət zamanı xərclədiyiniz vəsaitlərin hesabatını rahatlıqla hazırlaya bilərsiniz.

Saytın geniş imkanları təkcə Azərbaycan vətəndaşları üçün nəzərdə tutulmayıb. Səhifənin Azərbaycan, İngilis, Rus və Türk dillərində fəaliyyət göstərməsi onun istifadəçi sayının geniş olmasından xəbər verir.

Saytın imkanlarından smartfon və digər mobil cihaz istifadəçiləri də yararlana bilərlər. www.valyuta.com-un Android və IOS əməliyyat sistemləri üçün hazırlanmış mobil versiyasılarını telefonlarına pulsuz olaraq yükləmək mümkündür.

http://valyuta.com/apps

https://www.facebook.com/pages/Valyutacom/454916984634042

Məqalədə:
Xəbər lenti

Xəbər lenti