...

"TBC Kredit" 9 faiz gəlirliliklə istiqrazlar buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2014 17:42 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "TBC Bank olmayan Kredit Təşkilatı" MMC-nin 3 milyon manat məbləğində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb.
"TBC Kredit" 9 faiz gəlirliliklə istiqrazlar buraxır

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.Əliyev/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "TBC Bank olmayan Kredit Təşkilatı" MMC-nin 3 milyon manat məbləğində təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb. Trend-in məlumatına görə, bu barədə Bakı Fond Birjasının (BFB) yaydığı xəbərdə deyilir.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri min manat olan 3 min istiqraz buraxılıb. Qiymətli kağızların tədavül müddəti illik 9 faiz gəlirliliklə 2 il, faizlərin ödəmə müddəti isə rübdə bir dəfədir.

Yerləşdirmənin anderrayteri qismində "ADB Broker" çıxış edib.

BFB-nin üzvü olan və broker lisenziyasına malik şəxslər istiqrazları əldə etmək üçün təşkilata müraciət edə bilərlər.

"TBC Kredit" Azərbaycanda 1999-cu ildən etibarən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından etibarən təşkilatın 75%-i Gürcüstanın aparıcı bankı "TBC Bank"a, 25%-i isə "ShoreBank International Ltd"-yə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti