Azərbaycan, Bakı, 1 may /Trend/
Artıq "Atəşgah" Sığorta Şirkətinin müştəriləri heç bir yerə getmədən səyahət sığortalarını onlayn olaraq "Hesab.az" portalı vasitəsilə sifariş edə bilərlər.
Şirkətdən Trend-ə verilən məlumata görə, bunun bir sıra üstünlükləri vardır:
Dünyanın istənilən nöqtəsinə səfər zamanı, fərdi və ya qrup şəhadətnamələrinin sifarişi, sifariş forması doldurulduqda, ödəniləcək məbləğin sistem tərəfindən hesablanması, "Atəşgah" Sığorta Şirkəti tərəfindən sığorta şəhadətnaməsinin onlayn formatda e-poçt ünvanınıza göndərilməsi ilə yanaşı, 12 saat ərzində istənilən ünvana çatdırılması, ödənişi yalnız "Visa", "Visa Electron", "Maestro" və "MasterCard" ilə deyil, hətta "Albalı", "Albalı+" və Bolkart taksit kartları vasitəsi ilə aparmaq kimi imkanlardan yararlanmaq olar.
Bundan əlavə, "Səyahət sığortaları"nı əldə etmiş hər bir müştəri ödədiyi məbləğdən asılı olmayaraq, elə həmin anda "Hesab.az" portalından 20 000 hədiyyə bonusu qazanır.
"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. "Atəşgah" ASC SŞ və "Atəşgah Həyat" ASC SŞ "Atəşgah" Sığorta Qrupuna daxildir.
2013-cü ilin nəticələrinə görə, "Atəşgah" SQ Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında lider mövqelərdən birini tutur. Bu dövr ərzində Qrupun sığorta haqları 61,2 mln. AZN, ödənişləri isə
18 mln. AZN təşkil etmişdir. "Atəşgah" SQ müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.