...

Beynəlxalq Valyuta Fondu Ukraynaya 3,2 milyard dollarlıq ilk kredit tranşını təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2014 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 may /Trend/

Beynəlxalq Valyuta Fondu (BVF) bir az əvvəl təsdiqlənmiş iki illik əməkdaşlıq proqramı çərçivəsində 3,19 milyard dollar həcmində ilk kredit tranşını Ukraynanın hesabına köçürüb. Trend-in məlumatına görə, bu barədə UNİAN çərşənbə günü Ukrayna Milli Bankının mətbuat xidmətinə istinadən xəbər yayıb.

Bir müddət əvvəl maliyyə naziri Aleksandr Şlapak ölkənin ilk kredit tranşını 5-8 mayda gözlədiyini qeyd etmişdi.

Ukrayna ilə BVF arasında 17 milyard dollar həcmində iki illik əməkdaşlıq proqramı mayın 1-nə keçən gecə Direktorlar Şurası tərəfindən təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti