...

Bakıda iki beynəlxalq sərgi açılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2014 14:11 (UTC +04:00)
Bu gün Bakıda Ekspo-Mərkəzdə VIII Beynəlxalq motor-şou və birinci Xəzər Beynəlxalq kater və yaxtalar sərgilərinin açılışı keçirilib.
Bakıda iki beynəlxalq sərgi açılıb (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.Əliyev/

Bu gün Bakıda Ekspo-Mərkəzdə VIII Beynəlxalq motor-şou və birinci Xəzər Beynəlxalq kater və yaxtalar sərgilərinin açılışı keçirilib.

Trend-in məlumatına görə, Azərbaycan Dövlət Dəniz Administrasiyası rəisinin müavini Ehtiram Rəhimov tədbirdə bildirib ki, ölkə gənclərində gəmilərə və yelkənli qayıq idmanına marağı inkişaf etdirmək lazımdır. "Bir neçə il əvvəl idmanın bu növü yenicə inkişafa başlamışdı. Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsi olaraq ölkənin dinamik inkişafı bütün sahələrə, o cümlədən idmana da təsir etdi. Yelkənli Qayıq İdmanı Federasiyası bu idman növünün populyarlaşması üzrə bir sıra tədbirlər, o cümlədən xarici mütəxəssisləri cəlb etməklə treninqlər keçirmək niyyətindədir. Belə sərgilərin keçirilməsi və gənclərin bu tədbirlərdə fəal iştirakını yalnız alqışlamaq olar".

"BIMS-2014" sərgisində dünyanın 14 ölkəsindən, o cümlədən Almaniya, Çin, Polşa, Rusiya, Türkiyə və digər ölkələrdən 85 şirkət iştirak edəcək. Sərgi sahəsinin 55 faizini isə yerli şirkətlər tuturlar. Onların arasında "Lexus", "Suzuki", "Volvo" və s. bu kimi dünyanın məşhur istehsalçıları var. Motosiklet dilerləri isə "Aprilia", "Suzuki", "Harley Davidson", "Vespa", "Bike-Lift", "Yamaha", "Haojue" və "Piaggio Zontes Scoyco Polaris" modellərini təqdim edəcəklər. Burada "GAZ," "HOVO", "Isuzu", "MANN" və "Mitsubishi" şirkətlərinin istehsalları olan yedək avtomobilləri, özüboşaldan yük avtomobilləri, müxtəlif növ məhsulların daşınması üçün yarımqoşqular nümayiş etdiriləcək.

Birinci Xəzər Beynəlxalq kater və yaxtalar debüt sərgisi çərçivəsində motorlu su texnikasının və su hövzələrində fəal istirahət üçün lazım olan əlavə məhsulların geniş çeşidini dünyanın 14 ölkəsindən 44 şirkət nümayiş etdirəcək. Sərgidə Azərbaycan, Avstriya, Böyük Britaniya, Yunanıstan, İtaliya, Niderland, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa, İsveç və Yaponiyadan yaxta biznesinin aparıcı şirkətləri ilə görüşlər keçiriləcək. Sərginin iştirakçılarının siyahısında "AlfaMarine", "Baku Marine", "Cantiere Nautico Cranchi", "Eitec International AB", "Megisti Blue Yacht Chartes" LTD, "MT-Caspian", "Plus Marine", "Polar Marine", "S2 Sport Sicurezza" və başqa şirkətlər var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti