...

Rusiyanın iqtisadi inkişaf naziri Bakıya səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 May 2014 15:03 (UTC +04:00)
İyunun 1-də Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək.
Rusiyanın iqtisadi inkişaf naziri Bakıya səfər edəcək

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E.Əliyev/

İyunun 1-də Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər edəcək. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriblər.

Nazirlikdən deyiblər: "Üçgünlük səfər çərçivəsində nazir Azərbaycan hökumətində görüşlər keçirəcək, eləcə də respublikada fəaliyyət göstərən bir sıra müəssisələrə, habelə Sumqayıt Texnoloji Parkına baş çəkəcək".

Ötən şənbə günü Ulyukayev XVIII Petrburq Beynəlxaql İqtisadi Forumu çərçivəsində Azərbaycanın sənaye və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşüb. Görüşdə bir sıra sənəd layihələri müzakirə olunub: qarşılıqlı dəstək və investisiyaların müdafiəsi haqqında hökumətlərarası saziş, iki ölkənin iqtisadiyyat nazirlikləri arasında əməkdaşlıq haqqında memorandum, həmçinin Ümumrusiya Sərgi Mərkəzi ərazisində Azərbaycanın Ticarət Sərgi Mərkəzinin yaradılması haqqında Azərbaycan-Rusiya hökumətlərarası sazişi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti