...

Hər gün Biləsuvar sərhəd keçid məntəqəsindən İrana 3 min azərbaycanlı keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2014 19:08 (UTC +04:00)
Hazırda gün ərzində Azərbaycandan Biləsuvar sərhəd keçid məntəqəsi vasitəsilə Ərdəbil əyalətinə orta hesabla 3 min azərbaycanlı gəlir.
Hər gün Biləsuvar sərhəd keçid məntəqəsindən İrana 3 min azərbaycanlı keçir

İran, Ərdəbil, 3 iyun /Trend, müxbir T.Cəfərov/

Hazırda gün ərzində Azərbaycandan Biləsuvar sərhəd keçid məntəqəsi vasitəsilə Ərdəbil əyalətinə orta hesabla 3 min azərbaycanlı gəlir. Trend-in məlumatına görə, bunu Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxş bu gün azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

O, qeyd edib ki, hazırda Azərbaycan və İran arasında əlaqələr çox yaxşı səviyyədədir: "Azərbaycan bizimlə həm qonşu ölkədir, həm də iki ölkənin oxşar tarixi və mədəniyyəti var. Bundan başqa, iki ölkə eyni din və dilə sahibdirlər və iki ölkə arasında gediş-gəliş yaxşı səviyyədədir".

Əyalət başçısı əlavə edib ki, Ərdəbil əyalətinə səfər edənlərin əksəriyyəti müalicə məqsədilə gəlirlər: "Biz onları İranın, xüsusilə Ərdəbil əyalətinin gözəlliklərini görmək üçün turist kimi səfər etməyə dəvət edirik. İstəyirik ki, azərbaycanlı inverstorlar da burada turizm sahəsinə investisiya yatırsınlar".

M.Xudabəxş deyib ki, onlar Savalan dağının ətəyində yerləşən əraziləri gələcəkdə azad iqtisadi zonaya çevirmək niyyətindədirlər: "Savalan iqtisadi zonasının yaradlması üçün hazırda ekspertlər araşdırma aparırlar. Araşdırmalar başa çatdıqdan sonra layihənin icrası üçün həm dövlət, həm də parlamentin razılığı olmalıdır. Dövlət artıq öz razılığını verib və parlamentdə layihənin təsdiqlənməsi üçün işlər aparılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti