Azərbaycan, Bakı, 17 iyun /Trend/
Azərbaycan sığorta bazarının liderlərindən biri olan "Atəşgah" Sığorta Şirkəti xaricə gedənlərin sığortası çərçivəsində bir neçə mühüm yeniliklər təklif edir.
Yay mövsümünü nəzərə alaraq, bugün xaricə gedənlərin sığortası (travel insurance) əvvəlkinə nisbətən daha aktualdır. Belə ki, bu, sığorta olunan şəxsə xarici ölkələrə səyahət edərkən təcili və təxirəsalınmaz tibbi xidmətlərə zərurət yarandığı təqdirdə lazımi maliyyə təminatı verir.
Son illərin statistikasına nəzərə alsaq, bu sığorta növünün əhali tərəfindən fəal istifadəsinin şahidi olarıq. Bu da öz növbəsində, cəmiyyətdə sığortaya olan inamın artdığını və sığorta mədəniyyətinin inkişafından xəbər verir.
Bunu nəzərə alaraq, "Atəşgah" SŞ təqdim etdiyi səyahət sığortasına yeni "Premium" paket daxil edib. "Standard" paketə daxil olan risklərdən əlavə (qəfil xəstəlik və ya bədbəxt hadisə nəticəsində tibbi müalicə, tibbi daşınma və repatriasiya xərcləri, baqajın itirilməsi, və səyahətin ləğv edilməsi xərcləri) "Premium" paket aşağıdakı riskləri əhatə edir:
- Qəfil xəstəlik və ya bədbəxt hadisə nəticəsində tibbi müalicə
- tibbi daşınma və repatriasiya xərcləri
- baqajın tam məhv olması və ya itməsi
- səyahətin ləğv edilməsi
- xarici pasportun itirilməsi
- aviareysin ləngiməsi
"Premium" paket üzrə sığorta haqqı "Standard" paket ilə müqayisədə cüzi fərqlənir.