...

TBC Kredit Azərbaycanın regionlarına daxil olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2014 13:49 (UTC +04:00)
TBC Kredit regionda birinci filialını açdı. İyulun 1-i Xaçmaz r-nda, mərkəzi küçədə (N.Nərimanov küç.,135 ünvanında) filialın rəsmi açılışı baş verdi.
TBC Kredit Azərbaycanın regionlarına daxil olur

Azərbaycan, Bakı, 4 iyul /Trend/

TBC Kredit regionda birinci filialını açdı. İyulun 1-i Xaçmaz r-nda, mərkəzi küçədə (N.Nərimanov küç.,135 ünvanında) filialın rəsmi açılışı baş verdi. Tədbirdə TBC Kreditin menecmenti və Müşahidə Şuranın üzvləri iştirak etdilər (TBC Bank, Gürcüstan və Enclude Holding, ABŞ).

Filialda kiçik və orta ölçülü biznesin kredit əməliyyatları aparılır və həmçinin istehlak ehtiyacları üçün kredit təqdim olunur. Xaçmaz sakinləri üçün filialının açılması ilə əlaqədar olaraq endirim kampaniyası elan olunub.

TBC Kredit Təşkilatının direktoru David Kighuradze öz çıxışında bildirdi: "Xaçmaz r-nda fəaliyyət göstərən filial - Azərbaycan regionlarında TBC Kredit-in ilk filialıdır. Məhz bu regionda, biz Bakı və Sumqayıt xaricində, filial şəbəkəsinin inkişafının başlanmağına qərar verdik. Biz öz xidmət sahəmizi təqdim etməyə şadıq. Biz öz mütəxəssislərimizin iş və peşəkarlığının çiçəklənməsinə inanırıq".
Bu ilin əvvəlində TBC Kredit öz kredit məhsullarının tam çeşidini təklif etmək məqsədi ilə Sumqayıt şəhərində də filialını açdı. Hazırda ümumilikdə təşkil edən 6 filiallar/nümayəndəliklərdən 5-i Abşeron yarımadasında (Bakı, Sumqayıt) fəaliyyət göstərir. Planlaşdırılmış inkişaf strategiyasına əsasən, şirkət ölkə daxilində öz şəbəkəsini genişləndirməyi planlaşdırır.

Bank olmayan kredit təşkilatı TBC Kredit 1999-cu ildən Azərbaycanda fəaliyyət göstərən. Dekabr ayının 2007-ci ildən, şirkətin 75%-i gürcüstanin aparıcı bankı TBC Banka məxsusdur və 25%-i isə - Enclude Holding, ABŞ (keşmişdə ShoreBank International, ABŞ).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti