...

VTB (Azərbaycan) kiçik və orta biznes üçün kredit portfelinin həcmini artırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2014 12:01 (UTC +04:00)
Bank VTB (Azərbaycan) ASC-nin kiçik və orta biznesin kreditləşməsinə dair portfelinin həcmi 2014-cü il iyulun 1-nə 73,1 mln. manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü üzrə olan göstəricidən üç dəfə artıqdır.
VTB (Azərbaycan) kiçik və orta biznes üçün kredit portfelinin həcmini artırdı

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Bank VTB (Azərbaycan) ASC-nin kiçik və orta biznesin kreditləşməsinə dair portfelinin həcmi 2014-cü il iyulun 1-nə 73,1 mln. manata çatmışdır ki, bu da ötən ilin müvafiq dövrü üzrə olan göstəricidən üç dəfə artıqdır.

VTB (Azərbaycan) cari ilin birinci yarısında ölkənin kiçik və orta biznes nümayəndələrinə 29,3 mln. manat kredit vermişdir. Qeyd etməliyik ki, ötən ilin ikinci rübünün sonunda biznesin kreditləşməsinin həcmi 12,7 mln manat olmuşdur.

Bank VTB (Azərbaycan) ASC-nin Kiçik və orta biznes İdarəsinin rəisi Bəhruz Camalov: "Bazarın inkişaf tendensiyasını nəzərə alaraq biz kiçik və orta biznesin inkişafında fəal iştirak edirik. Belə ki, cari ilin sonuna biznes kreditləşmə üzrə portfelin həcmini əhəmiyyətli dərəcədə artırmaq niyyətindəyik. Qeyd edək ki, 2012-ci ildə biz bu bazara iki milyonluq kredit portfeli ilə daxil olmuşduq və SME-kreditləşmə bazarının kifayət qədər rəqabət qabiliyyətli olmasına baxmayaraq əhəmiyyətli nəticələr əldə etmişik".

Bank VTB (Azərbaycan)

Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 6 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.

Bank VTB (Azərbaycan) ASC

Mətbuat xidməti

Tel.: (012) 492 00 80

Faks: (012) 437 71 21

E-mail: [email protected] www.vtb.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti