...

Azərbaycanın həyat sığortası şirkəti il ərzində sığorta yığımlarını 30 faizdən çox artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2014 14:21 (UTC +04:00)
2014-cü ilin yanvar-iyun aylarında "Paşa Həyat Sığorta" ASC-nin sığorta yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz artaraq 21,907 milyon manat təşkil edib.
Azərbaycanın həyat sığortası şirkəti il ərzində sığorta yığımlarını 30 faizdən çox artırıb

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü ilin yanvar-iyun aylarında "Paşa Həyat Sığorta" ASC-nin sığorta yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz artaraq 21,907 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin Planlaşdırma və Strateji İnkişaf Departamentinin direktoru İsrail Qarayev cari ilin birinci yarısının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, "Paşa Həyat Sığorta" 2013-cü ilin yekunları üzrə kapitalın səviyyəsi və biznes göstəriciləri üzrə Azərbaycanın həyat sığortası bazarında lider olub: "Əldə olunan uğurlar 2014-cü ildə daha da möhkəmlənib. Belə ki, bu ilin əvvəlində şirkətin nizamnamə kapitalı 60 faiz artaraq 40,250 milyon dollar təşkil edib".

Ölüm sığortası üzrə yığımlar 6,122 milyon manat (artım 5,2 dəfə), yaşam sığortası - 7,228 milyon manat (artım 0,9 faiz), sağalmaz xəstəliklərdən sığorta 0,085 milyon manat (artım 30,3 faiz), istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta 8,472 milyon manat (artım 9,7 faiz) olub.

Qarayevin sözlərinə görə, cari ilin birinci yarısında şirkət 1,189 milyon manatlıq sığorta ödənişləri həyata keçirib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

"Paşa Həyat Sığorta" ölkədəki həyat sığortası şirkətləri (Atəşgah Həyat və Qala Həyat) arasında ən kapitallaşmış şirkətdir. O, 2011-ci ilin fevralında 7 milyon manatlıq kapitalla bazara çıxıb.Yeni şirkətin yeganə səhmdarı və səhmlərinin sahibi "Paşa Holding"dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti