...

"TBC Kredit"in kredit portfelinin yarısı biznes kreditlərinin payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2014 13:21 (UTC +04:00)
30 iyun 2014-cü il tarixinə "TBC Kredit" Bank olmayan Kredit Təşkilatının kredit portfeli 5309 aktiv kreditlə 42,6 mln. dollara çatıb.
"TBC Kredit"in kredit portfelinin yarısı biznes kreditlərinin payına düşür

Azərbaycan, Bakı, 25 iyul /Trend/

"TBC Kredit" 2014-cü ilin birinci yarısını yekunlaşdırıb.

30 iyun 2014-cü il tarixinə "TBC Kredit" Bank olmayan Kredit Təşkilatının kredit portfeli 5309 aktiv kreditlə 42,6 mln. dollara çatıb.

Təşkilatdan Trend-ə verilən məlumata görə, portfeldə 47%-lə biznes kreditləri üstünlük təşkil edir, ipoteka və istehlak kreditlərinin payı müvafiq olaraq 16% və 37%-dir. Mikrobiznes kreditləri biznes portfelinin demək olar ki, 54%-ni təşkil edir.

"TBC Kredit" ilin ilk yarısında 2 ilə 3 milyon manat civarında istiqrazlar buraxıb, beynəlxalq tərəfdaşı Triple Jump-dan 30 ay müddətinə 2,5 milyon dollar məbləğində tranş alıb.

Triple Jump-dan əlavə olaraq, şirkət MicroVest, responsAbility Social Investments AG, Triple Jump, OPIC (Overseas Private Investment Corporation, ABŞ), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) ilə fəal əməkdaşlıq edir.

Bu ilin birinci rübündə "TBC Kredit" Sumqayıt şəhərinin mərkəzində şirkətin kredit məhsullarının tam çeşidini təqdim edən yeni filialını açıb və bu müddət ərzində yaxşı nəticələr göstərib.

Daha çox üstünlük təşkil edən kiçik və orta biznesin inkişafı, biznes layihələrinin maliyyələşdirilməsi, eləcə də Azərbaycanda filial şəbəkəsinin genişləndirilməsidir.

Bank olmayan Kredit Təşkilatı "TBC Kredit" Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. 2007-ci ilin dekabrından şirkət Gürcüstanın aparıcı bankı TBC Bank-a, 25%-i Enclude, USA-ya (keçmişdə ShoreBank International, USA) məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti